Bağlanan bankın qorunmayan əmanətlərinin icrasına başlanılacaq

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının iclasında Şuranın sədri Rüfət Aslanlı bildirib ki, aprel ayından etibarən “Qafqaz İnkişaf Bankı” ASC-də qorunmayan əmanətlərin icrasına  başlanılması gözlənilir.

Eyni zamanda, R. Aslanlı qeyd edib ki, “Parabank” ASC-nin təsis etdiyi “Para” ASC-nin bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi ilə bağlı məsələyə baxılacaq. “Parabank” tərəfindən ümumilikdə 32 mln. manat həcmində qorunmayan öhdəlik icra edilib. Onun sözlərinə görə, bankın balansında olan kreditlər və səhmdarların vəsaitləri imkan verir ki, BOKT kimi fəaliyyət göstərsin.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır