“Bank of Baku” iş adamları üçün yeni kampaniyaya start verir.
Belə ki, kampaniya müddətində Kiçik və Orta Sahibkarlıq krediti və ya Mikro kredit məhsulu üzrə müraciət edən müştərilər, Biznes kreditini 3% endirim və 0% komissiya ilə əldə edəcəklər.
Sahibkarlıq fəaliyyəti göstərən şəxslər 20.000 manatadək Mikrokreditləri illik 3% endirim və 0% komissiya ilə, Kiçik və Orta sahibkarlıq kredit məhsulunu əldə etmək istəyən müştərilər isə 300.000 manatadək kreditləri illik 20%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, 30 dekabr 2017-ci il tarixinə qədər davam edən kampaniyadan Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana biləcəklər.