Bankların “Girov Fondu” yaradılacaq

Mərkəzi Bank beynəlxalq təcrübəyə əsaslanaraq, ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə banklarası hesablaşmalarının davamlılığını təmin etmək məqsədi ilə “Girov Fondu” yaradacaq.

Bu haqda BBN.az-a bank dairələrindən məlumat verilib.

Fond bankların pay qoyuluşları əsasında maliyyələşdiriləcək.  Bankların Fonda ödəyəcəyi payının məbləği həmin bankın Mərkəzi Bankdakı müxbir hesab üzrə debet mövqeyi, müxbir hesabın aylıq qalığı və s. göstəricilər əsasında hesablanılır.

İştirakçının müxbir hesabında kifayət qədər qalıq olmadıqda hesablaşmanın başa çatması üçün vəsait bu Fonddan ayrılacaq, və banka xəbər veriləcəkdir.  Ayrılan vəsait həmin gün qaytarılmazsa,  Mərkəzi Bank bu vəsaiti fondun vəsaitindən istifadəyə görə haqq da əlavə olunmaqla  (uçot dərəcəsi əsasında hesablanır), bankın müxbir hesabından çıxacaq. Əgər borc həmin gün ödənilərsə, faiz hesablanmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır