Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”nı təsdiq edib. Qaydaya əsasən palataya ödənilən haqlara nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən dövri ödənişlər və yığımlar daxildir.
Nəzarət subyektlərinin illik dövri ödənişi də müəyyənləşdirilib. Cəmi aktivləri 1 mlrd. manatdan çox olan banklar sabit olaraq palataya 800 min manat, cəmi aktivləri 500 mln. – 1 mlrd. manat arası olan banklar 500 min manat, cəmi aktivləri 500 mln. manatdan az olan banklar 300 min manat, cəmi aktivlər 20 mln. manatdan çox olan banklar 50 min manat illik dövrü ödəniş etməlidir.
Bank olmayan kredit təşkilatlarına gəlincə, cəmi aktivlər 20 mln. manatdan çox olan bank olmayan kredit təşkilatları üçün sabit illik dövrü ödəniş 50 min manat, cəmi aktivləri 3-20 mln. manat arası olan bank olmayan kredit təşkilatları üçün 30 min manat, cəmi aktivləri 3 mln. manatdan az olan bank olmayan kredit təşkilatları üçün 15 min manat müəyyənləşdirilib.
Banklar və bank olmayan kredit təşkilatları üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanacaq.
Mənbə: apa.az