Bazara yeni bir kriptovalyuta çıxarılır

“Bitcoin”in yenidən bölünməsi “Bitcoin Gold” adlanan yeni bir kriptovalyutanın yaranmasına gətirib çıxara bilər. “Bitcoin Cash”in izlədiyi yola əməl etməyi planlayan “Bitcoin Gold”un əsas məqsədi daha inkişaf etmiş bir protokol dərc etmək və “Bitcoin Cash” ilə birbaşa rəqabət etməkdir.

Hong Kong mədən şirkəti “LightningASIC”in baş icraçı direktoru Jack Liaonun başçılıq etdiyi “Bitcoin Gold”un oktyabrın 25-də bazara çıxacağı gözlənilir.

Noyabr 1-dən etibarən isə “Bitcoin Gold”un alqı-satqı əməliyyatlarında istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, “Bitcoin Gold”un qiymətinin “Bitcoin Cash”dən daha ucuz olacağı gölənilir. Buna səbəb isə “Bitcoin Gold”un daha kiçik mədənçilik qrupu tərəfindən dəstəklənməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır