BBN.az İqtisadi informasiya portalı “Media Partnyoru” mükafatına layiq görülüb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı tədbirdə “Banklar və Biznes qəzeti” (BBN.az) “Media Partnyoru” nominasiyası üzrə mükafata layiq görülüb.

ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.

Mərasimdə mükafatı ABA-nın İcraçı direktoru Yunus Abdulov təqdim edib.

Qeyd edək ki, “Banklar və Biznes qəzeti” 1999-cu ildə təsis edilib. Online qəzetin vizyonu bank və maliyyə sahəsində etibarlı məlumat resursu olmaq, maarifləndiricilik missiyasını yerinə yetirməkdir. Qəzet oxucuya bank və maliyyə sahəsində rəsmi və etibarlı xəbərlər çatdırmaqla yanaşı, analitik iqtisadi məqalələr də dərc edir ki, bu da oxucuya bank sahəsində yeniliklərdən xəbər tutmağa, bu sahədə maariflənməyə imkan yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır