Beynəlxalq Ticarət Mərkəzinin direktoru ilə müzakirələr aparılıb

İyulun 4-də İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzaleslə görüşüb.
Nazir Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzalesi Azərbaycana ilk səfəri və mərkəzin ölkəmizlə əməkdaşlığa başlaması münasibəti ilə təbrik edib, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycan 25 ildir ki, BMT ilə, eləcə də BMT-nin UNCTAD, UNİDO, UNESCO və digər qurumları ilə uğurlu əməkdaşlıq edir. 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli icra mexanizmi kimi ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır