Bloomberg tərəfindən tərtib edilən qiymət məlumatlarına görə, Bitkoin bazar ertəsi günü 0,8 % azalaraq 10, 397 dollar olub.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bitkoin 2,9 % nisbətində dəyişərək, 10,135 ilə 10,424 dollar arasında əməliyyat görüb. Dekabrın 18-də 19,511 dollarlıq rekordun 47 %-dən aşağı düşən rəqəmsal valyuta bir həftə ərzində 12 %, bu il isə 28% azalıb.
Bitstampdan alınan qiymət məlumatına görə isə, Ripple 0,2% artaraq 93 sent, Ethereum 0,6 % artaraq 872 dollar, Litecoin 1,8% azalaraq 217 dollara geriləyib.