ABŞ Nümayəndələr Palatasının sədri Paul Ryan borc limitinin artırılmasının yubana biləcəyini bildirib. Bu isə ABŞ Xəzinədarlığının tələb etdiyi müddətdən gec ola bilər.
Ölkə xəzinədarlığının rəhbəri Steven Mnuchin bu limitin defolt baş verməmiş bu ay ərzində artırılmalı olduğunu bildirib. Lakin P. Ryan jurnalistlərə bu limitin dəqiq hansı vaxt artırılacağı haqda məlumat verməyəcəyini bildirib.
Qeyd edək ki, ABŞ xarici dövlət borcunun limiti ilə bağlı problemlə 2011-ci ildə də qarşılaşmışdı və bu “Standard & Poor’s” reyting agentliyinin ABŞ-ın reytinqini “AAA”dan “AA+”ya endirməsinə səbəb oldu.