“Bank of Tokyo-Mitsubishi UFJ Turkey” 2013-cü ildən bəri Türkiyədə xidmət verir. Bank 2 aprel tarixindən etibarən adını dəyişərək “MUFG Bank Turkey” adı ilə xidmət verməyə başlayacaq.
Yaponiyanın ən böyük banklardan biri olan “Bank of Tokyo Mitsubishi UFJ” 1986-cı ildə Türkiyədə təmsilçilik xidməti vasitəsilə fəaliyyət göstərməyə başlayıb. 2013-cü ildən etibarən isə bank Türkiyədə öz bankını qurub.