PASHA Sığorta şirkəti “Şirkət daxili kommunikasiyalar üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əsas öhdəliklər:
- Daxili kommunikasiya standartlarının yaradılması və qorunması;
- Şirkət daxili strateji kommunikasiyanın innovativ şəkildə idarə olunması;
- Daxili kommunikasiyanın effektivliyini təmin etmək məqsədi ilə müvafiq infrastrukturun yaradılması;
- Dəyişikliklərin idarəolunması prosesi çərçivəsində rəhbər heyətə dəstəyin göstərilməsi;
Tələb olunan göstəricilər və bacarıqlar:
- Təşkilati Davranış, İnsan Resursları, Marketinq və ya Psixoloqiya istiqamətində ali təhsil;
- Kommunikasiya, İnsan Resursları, Marketinq və ya Müştərilərin idarəolunması istiqamətində ən azı 2 il təcrübə;
- Sığorta bazarı üzrə ümumi anlayış;
- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq;
- Prezi proqramını bilən namizədlərə üstünlük veriləcək
Son müraciət tarixi: 23 Yanvar 2017-ci il
Müraciət edən zaman vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi recruitment@pasha-insurance.az elektron ünvanına göndərin.