Bu gün AccessBank-ın Baş ofisində “Bu yay üzünüzə güləcək” lotereyasının 1-ci tirajının oynanılması baş tutub. 1-ci tirajda Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılıb.
Kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə keçirilən uduş fondunun oynanılmasında 40 000-ə yaxın bilet iştirak edib. 1-ci tirajın yekununa görə 7 müştəri dəyərli hədiyyələri qazanıblar. Qaliblərin müştəri kodları ilə Bankın saytından tanış olmaq mümkündür.
Lotereyanın şərtlərinə görə müştərilər AccessBank-dan əldə etdikləri Mastercard ödəniş kartları ilə cəmi min. ekv. 20 AZN məbləğində nağdsız əməliyyat keçirməli idilər.