Bugün bəzi rayonların təbii qaz təchizatında fasilələr olacaq

28 fevral 2018-ci il tarixdə saat 10:00-dan işlər Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

BBN.az xəbər verir ki, fasilələrin yaranmasına səbəb istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsidir.

Həmçinin, Nizami rayonu, Mikayıl Əliyev küçəsində Azəriqaz İB-nin Təmir Tikinti idarəsi tərəfindən diametri 377 mm-lik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530 mm-lik qaz kəmərinin şəbəkəyə qoşulması, həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89 mm-lik xəttlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi təbii qaz təchizatında məhdudiyyətlərin olmasına səbəb olacaq.

Qeyd edək ki, görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır