29 yanvar 2018-ci il tarixində “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda konfrans keçiriləcək.
Konfrans Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ernst & Young şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Tədbirin əsas müzakirə mövzusu İT infrastrukturun mövcud vəziyyəti, informasiya təhlükəsizliyi, İT xərcləri, bulud texnologiyası, beynəlxalq təcrübələr və digər əlaqədar mövzulardır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə keçiriləcək tədbirdə həmçinin təqdimatların edilməsi, müzakirələrin aparılması nəzərdə tutulur.