Caspian Development Bank-ın şəhadətnaməsi ləğv edilib

Əmanətlərin Sığortalanması Fondu diqqətə çatdırır ki, “ATABANK” ASC 21.12.1992-ci il tarixdə 92 nömrəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış “Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilib. Bununla əlaqədar olaraq 04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Caspian Development Bank (CDB)” ASC fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır