Cenevrədə ekologiya statistikasına həsr olunan beynəlxalq tədbirlər keçirilir

27-30 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun 19-cu və “Ekoloji statistika və göstəricilərə dair” məqsədli işçi qrupunun 13-cü sessiyaları keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.

“Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun 19-cu sessiyasında ətraf mühitin qiymətləndirilməsi və regional informasiya şəbəkəsinin yaradılması, ekoloji informasiyanın birgə sisteminə dair hesabat, “Ekoloji statistika və göstəricilərə dair” məqsədli işçi qrupunun 13-cü sessiyasında isə biomüxtəliflik göstəricilərinə yenidən baxılması, energetika göstəricilərilə bağlı tövsiyələrin həyata keçirilməsi, BMT-nin Statistika Şöbəsi tərəfindən suyun keyfiyyətinə dair məlumatların pilot toplanılması məsələləri müzakirə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır