Mərkəzi Avropanın inkişaf etmiş ölkələrindən olan Çexiya Respublikası yanvar ayında baş verən 1.0% istehlakçı qiymət indeksi artımından sonra fevral ayında daha 0.2%-lik artımla üz-üzə qalıb. Bu barədə informasiya Çexiya Statistika İdarəsi (CSO) tərəfindən açıqlanıb.
Beləliklə, fevral ayında 2.7%-ə çatan inflyasiya dərəcəsi son 16 ayın ən yüksək göstəricisi olub. Bununla belə, bu göstərici Mərkəzi Bankın 2.0%-lik proqnozunu ötsə də, 1.0%-3.0% olaraq təyin edilən tolerantlıq intervalı arasında qərarlaşıb.
Çexiya Mərkəzi Bankı 2019 və 2020-ci illər üçün inflyasiya göstəricilərini müvafiq olaraq 2.2% və 2.0% olaraq proqnozlaşdırıb.