2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır.(Bu həcmin 1 milyon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.