Cari ilin ilk 6 ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətləri tərəfindən 41 053 müqavilə bağlanıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0.66% çoxdur.
Həmçinin 6 ay ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 12 239 659 manat sığorta haqları toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20.52% azdır.
Qeyd edək ki, hesabat dövründə DƏİS üzrə sığorta ödənişlərinin məbləği 1 649 790 manat olub. Ötən ilin müvafiq dövrü üzrə bu göstərici 720 774 manat təşkil edib.
