DəmirBank “Hədiyyəli Yay” əmanət kampaniyasına başlayıb

DəmirBank  “Hədiyyəli Yay” kampaniyasını təqdim edir. Belə ki, DəmirBank-da əmanət yerləşdirən müştərilər yüksək faizlərdən əlavə “Iphone 7 ” və digər dəyərli hədiyyələr də qazanacaq.

Kampaniyanın şərtlərinə uyğun olaraq əmanət yerləşdirən müştərilərə 1250 manat dəyərinədək hədiyyə kuponu təqdim edilir. Bu kuponla “Soliton” mağazalar şəbəkəsinin filiallarına yaxınlaşıb istənilən məhsulun dəyərinin ödənilməsində istifadə edilə bilər.

Əmanətlər DəmirBank-ın istənilən filialında dollar və manat valyutalarında açıla bilər. Manatla yerləşdirilən əmanətlərə 18%-dək, dollarla isə 6%-dək gəlir təqdim edilir.

Qeyd edək ki, kampaniya manatla 6 aydan 36 ayadək, dollarla isə 12 ayadək yerləşdirilmiş əmanətlərə şamil olunur. Bundan əlavə, müştərilərə manat əmanətlərini illik 12% gəlirlə yerləşdirərək həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanma, həm də hədiyyə qazanma imkanı verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır