Daha 22 nəfərə ipoteka krediti verilib

BBN.az xəbər verir ki, İpoteka Fondunun xətti ilə daha 22 nəfərə ipoteka krediti verilib.  Yeni ipoteka kreditlərinin cəmi məbləğinin həcmi 1.42 mln. manat təşkil edir.

Nəticədə indiyə qədər Fondun xətti ilə verilən ipoteka kredirlərinin həcmi 736.429 mln. manata yüksəlib. Bu dövr ərzində ipoteka kreditindən yararlananların sayı isə 18 086 nəfərdir.

Yeni kreditlərin orta məbləği 64.5 min manat təşkil edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır