Daşınmaz əmlakın icbari sığortası üzrə 19 452 müqavilə imzalanıb

2017- ci ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 19452 sığorta müqaviləsi imzalanıb. DƏİS üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 5.68 mln. manat təşkil edib. Müqavilələrin 12 941-i yaşayış evləri və mənzillər, 124-ü inzibati binalar, 6 387-i digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə DƏİS üzrə müqavilələrin sayı 21.8 % artıb, sığorta haqlarının məbləği isə 32.1 % azalıb

Daşınmaz əmlakın icbari sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır