Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsi elan edir.
BBN.az xəbər verir ki, müsabiqə mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı istiqamətlərini əhatə edir. Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.
Layihələrin qəbulu 1 mart 2018-ci il tarixdən başlayır və layihələrin qəbulu üçün son tarix: 30 aprel 2018-ci il, saat 18:00-dır.
Qeyd edək ki, müsabiqə haqqında ətraflı məlumat almaq üçün keçidə daxil ola bilərsiniz.