Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin
məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirilib.
BBN.az xəbər verir ki, tədbirlər “Məşğulluq haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar, həmçinin “Sosial tərəfdaşlığın məşğulluğun təminatında rolu” və “Qeyri-rəsmi məşğulluğun qarşısını alınması” mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb.
Şəhər (rayon) İcra Hakimiyyətlərinin, Həmkarlar İttifaqı Təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi dəyirmi
masalarda məşğulluq haqqında qanunvericilikdə əksini tapan yeniliklər qeyd olunub.
Qeyd edək ki, işsiz və işaxtaran vətəndaşların
məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi sahəsində atılan addımlar haqqında
işəgötürənlərə ətraflı məlumat verilib.