Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi Avropa Parlamenti üzvlərinə göndərdiyi məktubda bankın həyata keçirdiyi pul siyasətinin çox təsirli olduğunu sübut etdiyini qeyd edib və dekabr ayında baş tutacaq iclasda pul siyasətinin yenidən gözdən keçiriləcəyini deyib.
Məktubunda “Aldığımız tədbirlərin şirkətlər və ev təsərrüfatları üçün borclanma şərtlərini önəmli ölçüdə yüngülləşdirdiyinə, Avrozonanın iqtisadi vəziyyətinə müsbət mənada təsir etdiyinə dair əlimizdə çoxlu faktlar var”-deyə bildirən Draghi Avropa Mərkəzi Bankının 2%-lik inflyasiya hədəfinə çatana qədər genişləndirici pul siyasətini davam etdirəcəyini bildirib.