Dünya Bankı qlobal iqtisadi artım göstəricisini azaldıb

Dünya Bankı 2017-ci il üzrə qlobal iqtisadi artım göstəricisini 2,7%-ə endirib.

Bundan başqa bank 2016-cı il üçün qlobal ÜDM göstəricisi üzrə proqnozunu da 0,1 faiz bəndi azaldaraq 2,3%-ə salıb.

TASS-ın məlumatına əsasən, Dünya Bankı 2017-ci il üçün qlobal iqtisadi artım göstəricisini 2,8%-dən 2,7%-ə salıb və 2018-ci il üçün 2,9% səviyyəsində müəyyən edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır