Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Aprel ayının 9-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 64.40 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  0.8% artaraq 63.89 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 71.10 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 0.63% artaraq 71.55 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 73.04 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 73.48 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 0.6% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır