Amerikan biznes jurnalı “Entrepreneur” tərəfindən hər il hazırlanan “Franchise 500” hesabatının 2019-cu ilə olan nəticələri açıqlanıb.
Hesabata istinadən, dünyanın ən prestijli françayzinqi beynəlxalq “fastfood” restoranlar şəbəkəsi olan “McDonalds” seçilib. 1955-ci ildə françayzinq fəaliyyətinə başlayan şirkət hal-hazırda 37406 restorana sahibdir. Bu restoranların 15000-ə yaxını ABŞ ərazisində fəaliyyətdədir. Cari dövrdə “McDonalds” restoranı açmaq üçün 1.06-2.23 milyon dollar arası sərmayə tələb olunur.
Sıralamada ilk beşlik “Dunkin’”($229 min- $1.7 milyon), “Sonic Drive-In”($865 min- $3.6 milyon), “Taco Bell”($525 min-$2.6 milyon) və “The UPS Store”($169 min- $398 min) şirkətləri ilə tamamlanır.
Məlumat üçün qeyd edək ki, “Franchise 500” hesabatı françayzinq xidmətləri təklif edən şirkətlərin təyin etdiyi qiymətlər və rüsumlar, şirkətin həcmi, inkişaf tempi, xidmətlərindən istifadə edən sahibkarlara qarşı dəstəyi, brendinin gücü və maliyyə stabilliyi əsasında tərtib edilir.