Ekspertiza xidmətlərinin qiyməti qeyri-neft malları üçün 30% azala bilər

Dekabrın 22-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə “Malların ixracı proseduru və aparılan mənşə ekspertizaların mahiyyəti” mövzusunda seminar keçirilib. Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin ixrac üzrə səlahiyyətli nümayəndələri iştirak edib.
İştirakçılar mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənədin 1 gündən gec olmayaraq sahibkara təqdim edilməsi, həmçinin ekspertiza xidmətləri qiymətlərinin qeyri-neft malları üçün 30% aşağı salınması barədə məlumatlandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır