Cəmiyyətdə “Elektron ipoteka” sisteminin (EİS) Elektron Hökumət Portalı ilə inteqrasiya prosesi artıq başa çatıb.
1 avqust 2017-ci il tarixdən etibarən Elektron İpoteka Sistemi “Elektron Hökumət Portalı”nın real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn rejimində “Elektron Hökumət Portalı”-na daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni və ya ASAN imzanı əldə etməlidir.