Dijital ödəmə sistemi-ELEKTRON PULQABI

Oyun dünyasının ən məşhur istehsalçılarından biri “Razer” Malayziyada “Razer Pay” elektron pul qabı sistemini təqdim edib.

“Razer Pay” gənclər və xüsusilə 21-ci əsrin əvvəlinin gəncləri üçün hazırlanmış elektron pul qabıdır . İstifadəçilər asanlıqla pul köçürə, istənilən yerdə ödəniş edə və hesaba pul köçürə bilərlər.

Yeni sistemin üstün cəhətlərindən biri də istifadəçilərin həm “online”, həm də “offline” şəkildə ödəniş edə bilmələridir. Belə ki, istifadəçilər onlayn əməliyyatlar üçün, məsələn müxətlif oyunlar, videolar üçün “Razer Pay”dan istifadə edə biləcəklər. Bununla yanaşı həmçinin 6 000-dən çox böyük pərakəndə şirkətlərində də sistemin istifadəsi mümkün olacaq. Buraya “7-Eleven”, “Starbucks” kimi böyük pərakəndə şirkətləri daxildir.

Qeyd edək ki, “Razer Pay” qarşıdakı aylarda Cənub-Şərqi Asiya ölkələrində də sınaqdan keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır