“Expressbank” “Klassik” əmanət məhsulunu təklif edir

Vəsaitlərini etibarlı yerdə saxlamaq və üstəlik yüksək faizlə gəlir əldə etmək istəyən şəxslərə “Expressbank” “Klassik” əmanət məhsulunu təklif edir. Müştərilər minimal 500 AZN/USD olmaqla 12, 24, 36, 48 və ya 60 aylıq öz vəsaitlərini yerləşdirərək müddətdən və faizlərin hesablanması qaydasından asılı olaraq illik 17%-dək gəlir əldə edəcək.

Yüksək faiz, faizləri aylıq götürmək imkanı, hədiyyə olaraq bank kartının təqdim olunması, 3-cü şəxsin adına açılması imkanı, əmanət əsasında kredit götürmək imkanı “Klassik” əmanət növünün əsas üstünlükləridir.

Qeyd edək ki, “Expressbank”da yerləşdirilmiş bütün əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər çərçivəsində sığortalanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır