Expressbank-da təcili pul köçürmə sistemləri vasitəsilə pul göndərdikdə və ya pul aldıqda, həm də pul qazanmaq mümkündür.
Çünki, Expressbank müştəriləri həm pul göndərərkən, həm də pul alarkən “Pul Kart” hədiyyə kartını qazanırlar. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər bu vəsaiti nəinki ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur.
Expressbank-ın filiallarında Zolotaya Korona, Contact, Lider, İBA-EXPRESS, Xəzri, UPT və Monex təcili pul köçürmələri sistemləri ilə ölkə daxili və beynəlxalq köçürmələr həyata keçirilir. Göndərilən pul dünya miqyaslı təhlükəsizlik sistemləri tərəfindən mühafizə olunur və pul vəsaitinin ən qısa zamanda göndərilən adama çatacağına zəmanət verilir.