San Francisco FED İdarə heyəti sədri John Williams, bu il 3 faiz artımının mümkün olduğunu ifadə edib. Belə ki, “Biz olduqca yaxşı vəziyyətdəyik: iqtisadiyyatdakı durumlar çox yaxşıdır, hər kəs faiz dərəcəsini tədricən artırmağımızı gözləyir”, – deyib.
BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki,Williams 6 yanvar tarixində Reuters-ə şərh edərkən, “məlumat dəyişsə, ona reaksiya verə bilərik”,-deyib.
O qeyd edib ki, inflyasiyanın birdən-birə artması ilə bağlı narahatlıq yoxdur. Bu il 3 faiz artımı mənə məntiqli görünür .
“ABŞ iqtisadiyyatı iki onillikdə çox müsbət mövqedə olacaq: İnflyasiyanın 2 % olacağını və işsizliyin 4 % olmasını gözləyirəm”, – Williams əlavə edib.
Qeyd edək ki, bu il Williams Federal Açıq Bazar Komitəsi iclaslarında səs vermə haqqı qazanıb.