“Fitch” beynəlxalq reytinq agentliyi ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracağı barədə məlumat yayıb.
Məlumata görə, belə bir fikrin formalaşmasına səbəb “Uçot dərəcəsinin 2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik” ifadəsinin səslənməsi olub.
Məlumatda həmçinin, ABŞ-da son inflyasiya göstəricilərinin aşağı olmasına baxmayaraq, FED-in daha rahat şəkildə faizləri artırdığı qeyd olunub.