Fitch Belçikanın reytinqini azaldıb

Beynəlxalq reyting agentliyi olan “Fitch Ratings” Belçikanın reytinqini azaldıb. Bildirilib ki, Belçikanın milli və xarici valyutada  reytinqi  “AA”dan “AA-” səviyyəsinə qədər azalıb, reytinq proqnozları  isə sabit olaraq qalıb.

Belçikanın builki büdcə kəsirinin ÜMM-a  nisbətinin təxminən  2.7 %-dən 3%-ə artırıldığı qeyd olunub.

Fransa və Belçikadakı terror hücumlarının nəticəsi olaraq təhlükəsizlik xidmətinə ayrılan vəsaitə görə, xərclərinin artdığı vurğulanıb, eyni zamanda bunun  ölkədə turizm gəlirlərinin və pərakəndə ticarətin  azaldığı bildirilib.
“Fitch” Belçika iqtisadiyyatında ötən il 1.5% artım qeyd olunmasından sonra bu il 1.2% ,gələn il isə 1.3% və 2018-ci ildə 1.5% artım olacağını proqnozlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır