“Fitch” iki ölkənin reytinqini aşağı salıb

 “Fitch Ratings” Rumıniya və Ermənistana dair kredit reytinqini və proqnozlarını açıqlayıb.

Bildirilib ki, Rumıniyanın yerli və xarici valyutada kredit reytinqini “BBB” səviyyəsində saxlanıb, bu göstəricilərə dair proqnoz isə  sabit olaraq qalıb.

Açıqlamada, ölkənin büdcə kəsirinin ÜDM-ə faizlə nisbəti 2015-ci ildə 0,8% -dən 2016-cı ildə 2,9%-ə qədər artdığı deyilib. Rumıniya iqtisadiyyatının bu il 4,8% və gələn il 4% artacağı gözlənilir.

Qeyd edək ki, Ermənistanın kredit reytinqinin “B+” səviyyəsində saxlanacağı və proqnozların sabit olacağı açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır