“Gələn il TANAP-ın fəaliyyətə başlamasını gözləyirik”

Prezident İlham Əliyev Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsində işlərin plana uyğun irəlilədiyini qeyd edib.

İlham Əliyev bildirib ki, “Şahdəniz-2“ layihəsinin  93/100-ü, “Cənubi Qafqaz Boru Xətti” layihəsinin 85/100-i, “Trans Anadolu Qaz Boru Kəməri” (TANAP) layihəsinin 72/100-si tamamlanmaq üzrədir.

Prezident, həmçinin, qeyd edib ki, gələn il TANAP-ın fəaliyyətə başlamasını gözləyirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır