Galaxy Fold qatlanabilən telefonların təqdimatı olub

Samsung-un maraqla gözlənən qatlanabilən telefonu Galaxy Fold təqdim edilib.

Galaxy Fold 7,3 düymlük AMOLED panelli ekrana malikdir. Bu ekran videoları izləmək, oyun oynamaq və bir çox funksiyanı eyni vaxtda yerinə yetirmək üçün dizayn edilib. Həm  tablet  həm  telefon olan bu cihazın ekranı  polimer qatı ilə örtülüb ki, bu da ekranı bükülmə səbəbindən qırılmağa imkan vermir.

Telefon 6 ədəd kameraya sahibdir. Kameraların 3-ü arxada,  2-si daxildə, 1-i  qapaqda yerləşir.

Qeyd edək ki, telefonun Amerikada satış qiyməti 1980 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır