Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil – «CLiKC! e-Learning» bazası yaradılıb və ümumi tədris prosesinə inteqrasiya olunub.
Yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub.
Tələbələrin çoxsaylı xahişlərini nəzərə alaraq “e-learning CLIKC Azerbaijan” platformasına uzaqdan (distant) qoşulmanı və imtahan vermə imkanı yaradılıb. Qeyd edək ki, bu platformanın Mob App versiyasıda fəaliyyət göstərir. İstənilən tələbə Moodle proqramını yükləyərək URL, login və şifrə yazaraq platformadan mobil telefon vasitəsi ilə rahat istifadə edə bilər. (Moodle – öyrənmə idarəetmə sistemi və ya virtual öyrənmə mühiti kimi tanınan bir kurs idarəetmə sistemidir. Bu pulsuz bir web proqramıdır).
İlk dəfə 2019-cu ilin mart ayı ÜGT-nin təqdim etdiyi “Integrity” dərs paketi ilə “Basic Customs Course of “e-Learning” kursuna başlanılıb. Aprel ayında isə “Intermediate Customs Course” kursu üzrə “Təşkilatda yoluxucu korrupsiya: dərketmə və sosial psixologiyası (The Cognitive and Social Psychology of Contagious Organizational Corruption)” Gömrük qaydaları (prosedurları) və məsuliyyət (Customs Regulations (Procedures) and Responsibility) dərs paketləri ilə davam edilib.