ABŞ Milli Pərakəndə Satıcılar Birliyi (NRF) prezident Donald Trumpın gömrük tarifi planına reaksiya verib.
Birliyin verdiyi açıqlamada bildirilib ki, gömrük tarifləri ABŞ-da istehlakçılar üçün vegi anlamına gəlir. Bu isə Amerika iqtisadiyyatını durğunlaşdıra bilər. Həmçinin qeyd edilib ki, bəzi mallar üçün olacaq tariflər ABŞ-da istehsal ediləcək malları daha bahalı hala gətirəcək. Planın qlobal tədarük zəncirinə bağlı olan bəzi şirkətləri pis hala salacağı da açıqlamada qeyd edilib.
Qeyd edək ki, ABŞ ticarət nümayəndəliyi Çindən idxal edilən və toplam dəyəri 50 milyard dollara yaxın olan təxminən 1300 məhsula 25% əlavə gömrük vergisi tətbiq etmək planı hazırlayıb.