Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Bu hərraca ümumilikdə 146 dövlət əmlakı olmaqla 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb.
Qeyd edək ki, hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: