Huawei, qabaqcıl smartfonlarının- P30 və P30 Pro’un ən son versiyasını təqdim edib.
Parisdə keçirilən mətbuat konfransında android cihazlarla birlikdə wireless qulaqcıqlar, smart saatlar və eynəklər nümayiş olunub.
P30 pro smartfonlarının 4 arxaya baxan kamerası çox zəif işıqda yüksək keyfiyyətli şəkillər çəkmək imkanına malikdir.
Bu telefonlar Iphone XS, Galaxy S10+ və S10 5G ilə rəqabəti hədəfləyib.
Huawei dünyanın 3-cü ən böyük telefon istehsalçısı olmasına baxmayaraq, Samsung və Apple olan bazarlarda genişlənmək uğrunda mübarizə aparır.