ABŞ-ın enerji nəhəngi “Baker Hughes” və sənaye nəhəngi “General Electric”in birləşdiyi bildirilib. İki şirkətin idarə heyətinin birlikdə verdiyi açıqlamada birləşmənin səs çoxluğu ilə qərara alındığı açıqlanıb.
Razılaşma ilə əlaqədar “General Electric”in “Baker Hughes” səhmdarlarına 7,4 milyard dollar verəcəyi və müqavilənin gələcək illərin ortalarında tamamlanmasının təxmin edildiyi ifadə olunub. Açıqlamada razılaşmanın tamamlanması nəticəsində şirkətin 62,5%-i “General Electric”ə, 37,5%-i isə “Baker Hughes”a aid olacaq.
Qeyd edək ki, şirkətin ümumi gəlirinin 32 milyard dollar olacağı və 120 ölkədə fəaliyyət göstərəcəyi təxmin olunur.