İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının iclası keçirilib

07 may 2018-ci il tarixində İqtisadiyyat Nazirliyində Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.

07 may 2018-ci il tarixində İqtisadiyyat Nazirliyində Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, “ASAN Xidmət”in, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Komissiyaya üzv olan nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Komissiyanın sədri, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi istiqamətində innovasiyanın əhəmiyyətindən danışıb, 2017-ci ilin dekabr ayında nəticələri elan olunan I Respublika İnnovasiya Müsabiqəsinə təqdim edilən layihələrin prioritetliyini və iclasda müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda Komissiya üzvlərinin rəy və təklifləri əsasında gələcəkdə keçiriləcək müsabiqəyə aid sahələrin və prioritet istiqamətlərin müəyyən olunması və bununla bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır