İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu azqiymətli və təsərrüfat mallarının satınalma elan edib.

Satınalma üzrə prosedurlar 18 aprel 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Satınalma üzrə ilkin sənədlər 5 aprel 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 17 aprel 2018-ci il tarixinədək qəbul ediləcək.

Daha ətraflı məlumat və lazım olan sənədlər haqqında məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır