Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkənin aparıcı universitetlərində aparılan uğurlu iqtisadi islahatlara həsr olunmuş ictimai mühazirələrin təşkilinə start verib.
Bu məqsədlə İİTKM- nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk mühazirəni oxuyub. O qeyd edib ki, bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 %, qeyri-neft sənayesi 3,1 %, kənd təsərrüfatı 2,8 %, xarici ticarət dövriyyəsi 7 % artıb və qeyri-neft ixracı 1,07 milyard ABŞ dollarına çatıb.