İşçiləri motivasiyadan salan əsas 4 problem və həll yolları

Motivasiya-layihə komadasının uğurunun 40%-ini təşkil edir. Bununla belə, bəzən idarəçilər ruhdan düşmüş işçilərin motivasiyasını yüksəltməyə nail ola bilmirlər. Bu araşdırmanın əsas məqsədi işçiləri motivasiyadan salan əsas problemləri və bu problemlərin həll yollarını ortaya çıxarmaqdır.

Yaxşı və dəyərli işçiləri motivasiyadan salan əsas 4 səbəb, digər sözlə motivasiya tələləri var.

Tələ 1: Dəyərlərin uyğunsuzluğu; Bəzən işçilərə verilən tapşırıqların onların dəyərləri ilə üst-üstə düşmədikdə onlar bu tapşırığı yerinə yetirməkdə həvəsli olmurlar. Bunun qarşısını almağın yolu isə tapşırıq verilməzdən əvvəl işçinin mənəvi dəyərlərinin öyrənilməsidir. İstər intellektual, istərsə də digər şəxsi keyfiyyətlər baxımından işçi ilə ona verilən tapşırığın uyğunlaşması motivasiya səviyyəsinin nəzərə çarpan yüksəlişinə gətirib çıxara bilər.

Tələ 2: Özgüvən əskikliyi; İşçilər onlara verilən tapşırıqları yerinə yetirə bilməyəcəyini düşündüyü təqdirdə, bu yöndə səy göstərməyə həvəsli olmurlar. Bu tip situasiyalarda işçini nisbətən fərqli tapşırıqlara yönəltmək və ya cari tapşırığı işçinin icra edə biləcəyi kiçik hissələrə bölmək işə yaraya bilər.

Tələ 3: Emosional sarsıntı; İşçi narahat, əsəbi və ya depressiv olduğu təqdirdə, verilən tapşırığa fokuslana bilməməklə yanaşı, işə olan həvəsi və motivasiyası da kəskin azalır. İşçilərə bu tələdən qurtulmaları və motivasiyalarını geri qaytara bilmələri üçün əksərən dinləyici lazımdır. Bir koordinator olaraq, onu mühakimə etmədən dinləməyiniz və ona təkid etmədən məsləhət verməyiniz faydalı ola bilər. Digər variant kimi, işçiyə psixoloji məsləhət xidmətindən yararlanması üçün dəstək göstərməyi də götürmək olar.

Tələ 4: Qeyri-müəyyən səhvlər; İş prosesində yol verilən səhvlər və bu səhvlərin düzəldilməsi işçilərin inkişafına təkan verən fəaliyyətlərdəndir. Lakin, bəzən işçilər yol verdikləri səhvlərin səbəbini aydınlaşdıra bilmədiklərindən ona çözüm  yolu da tapa bilmirlər. Bu isə, onların işdən və verilən tapşırıqlardan “soyutmağa” yetərli səbəbdir. Problemin həlli üçün, səbəblərin tapılması məqsədilə işçiyə dəstək göstərmək olar. Müəyyənləşdirilən səbəblər işçinin səlahiyyətindən kənardırsa, daha fərqli strategiyanın qəbulu üçün işçini yönləndirmək məqsədəuyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır