““ISO 9000″ keyfiyyətli olması sizin işinizi rahatlaşdıracaq”. Bu cümləni demək olar ki, hər gün televiziyadan, radiodan eşidirik.
Bəs görəsən, “ISO” nədir və 9000 hansı dərəcəli keyfiyyət göstəricisidir?
“International Organization for Standardization” ,yəni “ISO” “Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat”ın adının qısaldılmış formasıdır. Təşkilat elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur.1946-cı ildə təsis olunan təşkilata 157 ölkə üzvdür.”ISO”nun rəsmi dili fransız və ingilis dilləridir, həmçinin təşkilat standartların tərcümələrinə görə də məsuliyyət daşıyır.
“ISO”nun dövrümüzdəki fəaliyyət mexanizminin əsası “ISO 9000” keyfiyyət, idarəetmə və s. kimi dövlətlər arası miqyasda qəbul olunan standartları hazırlayaraq ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaqdır.
“ISO 9000” standartları aşağıdakı kimi bölünür, yəni sertifikatı bu standartlara uyğun olaraq almaq mümkündür.
- ISO9000: Keyfiyyətli idarəetmə və keyfiyyət zəmanəti standartları seçimi və tanıtımı
- ISO9001: Keyfiyyət sistemləri, dizayn və inkişafı, istehsal və xidmətdə keyfiyyət zəmanəti modeli
- ISO9002: Keyfiyyət sistemləri, istehsal və müəssisədə keyfiyyət zəmanəti
- ISO9003: Son müayinə və yoxlamalarda keyfiyyət zəmanəti modeli
- ISO9004: Keyfiyyətli idarəetmə və işçilərin tanıtımı
- ISO9004-2: Xidmətlər üçün tanıtım
- ISO9005: Keyfiyyət lüğəti
“ISO” uyğunluq sertifikatına sahib məhsulların digərlərindən fərqi nədir?
“ISO”a sahib olmaq öz mallarına zəmanət vermək və bazarda rəqabətədavamlı olmaq anlamına gəlir.Yəni deyə bilərik ki, “ISO” bazar rəqabəti şəraitində uğurun göstəricisidir.
Azərbaycanda “ISO” sertifikatlarınınverilməsini üç firma həyata keçirir.Bunlardan da biri BAKU BUSİNESS CONSULTİNG MMC, ISO, digəri isə SGS-dir. “ISO” uyğunluq sertifikatı 3 il müddətinə verilir.