Dekabrın 2-də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycan Dövlət Aqrar Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirib.
Təhsil müəssisəsinin 120-dən artıq müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda istehlakçı hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə müzakirələr aparılıb, istehlakçı hüquqlarına dair qanunvericiliyin tələbləri, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib.